Məşhurların Meneceri Yenidən Həbs Edildi

Türkiyədə tanınmış aktyor və aktrisaların meneceri, "İD Consultancy" şirkətinin sahibi Ayşe Barım haqqında azadlığa buraxılma qərarı ləğv edilib. Prokurorluğun etirazından sonra o, yenidən həbs olunub.

Məşhurların Meneceri  Yenidən Həbs Edildi
Ayşe Barım
reklam

Türkiyədə məşhur simaların meneceri və "İD Consultancy" şirkətinin sahibi Ayşe Barım yenidən həbs edilib.

Prokurorluğun etirazından sonra Barım barəsində verilən azadlığa buraxılma qərarı ləğv olunub və o, yenidən nəzarətə alınıb.

Xatırladaq ki, jurnalist Fuat Uğurun "TV100"də yayımlanan məqaləsindən sonra Türkiyənin kino və serial sektorunda ciddi səs-küy yaranıb. Məqalədə idarəetmə şirkətlərinin bazarda "inhisar yaratmaq" cəhdləri ilə yanaşı, Serenay Sarıkaya və Mert Demir arasındakı münasibətlərin "5 milyon dollarlıq reklam əlaqəsi" olduğu iddia edilib.

Bu iddialardan sonra Rəqabət Şurası bəzi idarəetmə şirkətləri, xüsusilə də Ayşe Barıma məxsus olan və bir çox məşhuru təmsil edən "ID İletişim" şirkəti barədə araşdırmaya başlayıb. Nəticədə Ayşe Barım həbs edilib.