Priyanka Çopranın qardaşı təmtəraqlı toyla evləndi

Məşhur hindistanlı aktrisa və model Priyanka Çopranın qardaşı Siddert Çopra ailə həyatı qurub. O, aktrisa Niilem Upadhyaya ilə nikah bağlayıb. Üç gün davam edən dəbdəbəli toy mərasimindən görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Priyanka Çopranın qardaşı təmtəraqlı toyla evləndi
reklam

Məşhur hindistanlı aktrisa və model Priyanka Çopranın qardaşı Siddert Çopra ailə həyatı qurub. O, aktrisa Niilem Upadhyaya ilə nikah masasına oturub.

Toy mərasimi xüsusi təmtəraqla qeyd olunub və üç gün davam edib. Mərasimdən çəkilmiş görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Cütlüyün xoşbəxt anlarını əks etdirən fotolar isə izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb.