Nəsrin Cavadzadə xəstəxanaya yerləşdirildi –FOTO+VİDEO

Məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə idman həvəsinə görə səhhətində problem yaşayıb. Həddindən artıq fiziki fəaliyyət nəticəsində çanaq sümüklərində ödəm yaranan aktrisa 6 həftəlik istirahətə məcbur qalıb. O, 10 gün çəkilişlərdən uzaq qalaraq intensiv terapiya alıb.

Nəsrin Cavadzadə xəstəxanaya yerləşdirildi –FOTO+VİDEO
Nəsrin Cavadzadə
reklam

"Sandık Kokusu" serialında "Ayça" obrazını canlandıran məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə idman həvəsinə görə xəstəxanaya düşüb.

Çəkilişlərdən sonra həddindən artıq idman etməsi səbəbindən aktrisanın çanaq sümüklərində ödəm yaranıb. Xəstəxanaya müraciət edən Nəsrinə 6 həftə istirahət tövsiyə edilib. O, 10 gün çəkilişlərdən uzaq qalıb və əsas ehtiyacları xaricində hərəkət edə bilməyib.

Aktrisa bu müddətdə fiziki terapiya alaraq evdə daha az hərəkət edib. İstirahət dövrünün tamamlanmasının ardından isə özünü işə qayıtmağa hazır hiss edən sənətçi qoltuqaltı əsa ilə çəkilişlərə geri dönüb.

reklam
reklam