Nadir Qafarzadə əməliyyat olunub
Müğənni Nadir Qafarzadə əməliyyat keçirib və bu gün xəstəxanadan evə buraxılacaq.

Sənətçi səhhətinin yaxşı olduğunu bildirib:
"Sağ olsunlar, həkimlər əlindən gələni etdilər. Onların hər birinə minnətdaram. Nə yaxşı ki, onlar var."
O, sosial şəbəkələrdə yayılan "estetik əməliyyat keçirib" iddialarına da cavab verib:
"Biz də insanıq, xəstələnə bilmərik? Nə estetik? Ölüb, ölümdən qayıtmışam. Problem var idi, təcili əməliyyat olunmalıydım. Amma haradan əməliyyat olunduğum barədə danışmaq istəmirəm."