Bakı konsertindən qazanacağı məbləğ açıqlandı
Ramazan bayramına sayılı günlər qaldığından türkiyəli məşhurların səhnə alacağı ölkələr və qonorarları açıqlanmağa başlayıb. İlk olaraq Bakıda konsert verəcək meqastar Tarkanın alacağı qonorar bəlli olub.

Ramazan bayramı günü paytaxtda fanatlarını coşduracaq müğənni bunun üçün təşkilatçılardan 54 milyon lirə (2 milyon 511 min AZN) qonorar alacaq.
Meqastar iki saat davam edəcək konsert üçün artıq məşqlərə başlayıb.