Namiq Qaraçuxurluya sürpriz bayram payı
Meyxanaçı Namiq Qaraçuxurlu maraqlı bir hadisə ilə qarşılaşıb. O, maşının üstünə kim tərəfindən qoyulduğunu bilmədiyi bayram payını sosial media hesabında izləyiciləri ilə bölüşüb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Meyxanaçı Namiq Qaraçuxurlu başına gələn maraqlı hadisəni sosial media hesabında izləyiciləri ilə paylaşıb.
Sənətçinin avtomobilinin şüşəsi ilə şüşətəmizləyəninin arasına kimsə bayram payı – şirniyyat qoyub. Meyxanaçı bu sürprizi kimin etdiyini öyrənmək üçün müxtəlif yerlərə zəng etsə də, cavab tapa bilməyib.
"Salondan çıxırdım, oraya, hər yerə zəng vurdum, amma tapa bilmədim kim edib. Yəqin ki, tanımadığım şəxslərdir. Təşəkkür edirəm, çox xoş oldu. Ola bilər tanıdığım biridir, amma tanımadığım biridirsə, lap xoşdur. Keçəndə yəqin maşınımı tanıyıb. Belə şeylər adətən olmur. Adətən qoparıb aparırlar. Kimsə mənim üçün bayram payı qoyub. Çox sağ olsun", – deyə Namiq paylaşımında bildirib.
İzləyicilər bu hadisəni maraqla qarşılayıb və sənətçiyə bayram əhval-ruhiyyəsi bəxş edən şəxsin kimliyinin müəmmalı qalması diqqət çəkib.
admin Şub 13, 2025 0 430
admin Eki 31, 2024 0 165
admin Eki 31, 2024 0 126
admin Kas 1, 2024 0 26
AsimanFərzəliyeva Şub 9, 2025 0 25
AsimanFərzəliyeva Mar 21, 2025 0 1
AsimanFərzəliyeva Mar 21, 2025 0 1
AsimanFərzəliyeva Mar 21, 2025 0 1
AsimanFərzəliyeva Mar 21, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox