"Netflix" Ulduzu Narkotiklə Tutuldu: 255 Min Manatlıq Qaçaqmalçılıq Cəhdi

"Netflix"in məşhur "Too Hot to Handle" realiti şousunun iştirakçısı Olqa Bednarska qanunsuz narkotik daşınması ittihamı ilə İngiltərədə saxlanılıb. Taylanddan Mançester hava limanına keçid edən Bednarskanın çantasında 40 kiloqram narkotik vasitə aşkar edilib. Borc bataqlığında boğulan ulduzun lüks həyat tərzini davam etdirmək üçün bu riskli addımı atdığı məlum olub.

"Netflix" Ulduzu Narkotiklə Tutuldu: 255 Min Manatlıq Qaçaqmalçılıq Cəhdi
Olqa Bednarska
reklam

"Netflix"in "Too Hot to Handle" realiti şousu ilə tanınan 27 yaşlı Olqa Bednarska İngiltərədə narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Taylanddan Mançester hava limanına daxil olarkən, gömrük nəzarəti zamanı onun çantasında gizlədilmiş 40 kiloqram narkotik vasitə aşkarlanıb. Qaçaqmalçılıq cəhdinin dəyəri təxminən 255 min manat (189 min dollar) olaraq qiymətləndirilib.

Bednarska məhkəmədə çantaların ona "Tex" adlı dostu tərəfindən verildiyini və həmin şəxsin həmçinin uçuş biletini təşkil etdiyini iddia edib. Polşa əsilli, hazırda Mançesterdə yaşayan Olqanın ciddi borclarla üzləşdiyi və lüks həyat tərzini qorumaq üçün belə bir qanunsuz əməliyyata razılaşdığı ortaya çıxıb.

Hakim John Potter qərarında Olqaya iki il şərti cəza və 20 aylıq həbs hökmü çıxarıb. Bundan əlavə, o, 15 günlük reabilitasiya proqramında iştirak edəcək. Məhkəmədə onun Tayland səfəri qarşılığında 18.000 funt qazanmağı planlaşdırdığı, lakin qaçaqmalçılığın üstünün açıldığı vurğulanıb.