Türkiyədə bu Seriallara görə Kanallara Cəza Tətbiq Edildi

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) bir neçə serial və televiziya kanalını cəzalandırıb. Cəzalar, seriallardakı milli-mənəvi dəyərlərə zidd olan səhnələr və şiddət görüntüləri ilə bağlıdır.

Türkiyədə bu Seriallara görə Kanallara Cəza Tətbiq Edildi
Arka Sokaklar, Sahipsizler, Deha. Yabani
reklam

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK), bir neçə serial və televiziya kanalına cəza tətbiq edib. Cəzalar, seriallardakı milli-mənəvi dəyərlərə zidd səhnələr və şiddət görüntüləri ilə əlaqədardır.

RTÜK, “Arka Sokaklar” serialının azyaşlıların evləndirilməsi və təriqətdə qətlə yetirilməsi mövzularını müzakirə edən bir bölümünü milli-mənəvi dəyərlərə zidd olaraq qiymətləndirib və Kanal D-yə iki proqram dayandırılması və pul cəzası tətbiq edib.

Bundan əlavə, "Sahipsizler" serialının şiddət səhnələrinə görə STAR TV, "Yabani" üçün NOW TV və "Deha" serialı üçün Show TV-yə də iki dəfə proqram dayandırılması və pul cəzası verilmişdir.