Beren Saat hamilədir?-FOTO

Türkiyənin məşhur cütlüyü Beren Saat və Kənan Doğulunun körpə gözlədiyi iddia edilir. Cütlüyün 11 illik evliliyində yeni bir mərhələ başlayır.

Beren Saat hamilədir?-FOTO
Beren Saat və Kenan Doğulu
reklam

Türkiyənin məşhur cütlüyü Beren Saat və Kənan Doğulu ilə bağlı yeni iddialar yayılıb. 11 ildir evli olan cütlüyün körpə gözlədiyi bildirilir. Məlumata görə, Beren Saatın hamiləliyi 4 aydır.

Beren Saatın həyat yoldaşı, müğənni Kənan Doğulunun konsertinə gəlişi söz-söhbətlərin yayılmasına səbəb olub. Konsert zamanı cangüdənlərin aktrisanın ətrafında maneə yaratması və onun şəkillərinin çəkilməsinə mane olmaları diqqət çəkib.

Beren Saatın səhnə arxasındakı görüntüləri isə hamiləlik iddialarını daha da gücləndirib. Cütlükdən hələ ki, rəsmi açıqlama verilməyib.