En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla yaşadığı mübahisə məhkəmə prosesinə çevrilib. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə, mübahisənin əvvəllərində Ağadadaş Ağayevin əlində balta ilə mühafizəçi Nurəddin Cəlilova hücum etdiyi və baltanın yanlışlıqla bir xadiməyə dəyməsi barədə yeni detallar ortaya çıxıb.
Şahidlər, xüsusilə, Nəzakət Paşayeva və Nəzakət Zülfüqarlı, Ağadadaş Ağayevin baltanı atmasından sonra baş verənləri ətraflı şəkildə təsvir ediblər. Paşayeva, Ağadadaşın baltanı atdığını, lakin əgər Nurəddin başını kənara çəkməsəydi, baltanın ona dəyməsi ehtimalını da vurğulayıb. Zülfüqarlı isə həmin anın necə keçdiyini, Nurəddinin Ağadadaşın üstünə getdiyini və bu zaman Ağadadaşın söyüşlər söyləyərək, qəzəbini artırdığını bildirib.
Ağadadaş Ağayevin "Medera Hospital"dan həm mənəvi, həm də maddi ziyan ödənilməsi ilə bağlı iddiası, N.Cəlilovun isə cinayət məsuliyyətinə cəlb edilməsi məsələləri də davam edən məhkəmə prosesində müzakirə edilir. Hər iki tərəfin qarşılıqlı iddiaları davam edərkən, prossesin növbəti mərhələsi yanvarın 16-da keçiriləcək.
Həmçinin, "Medera Hospital" rəhbərliyinin Ağadadaş Ağayevdən 500 min manat tələb etməsi məsələsi də diqqət çəkir.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox