Müğənni Kərim Abbasovun ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Kərim Abbasovun ölkədən çıxışı məhkəmə qərarı ilə müvəqqəti olaraq dayandırılıb. Kərim Abbasov, bu qərarın səbəbini bir neçə həftə əvvəl baş verən bir toyda yaşanan davaya bağlayır.

Müğənni Kərim Abbasovun ölkədən çıxışına qadağa qoyuldu
Kərim Abbasov
reklam

Müğənni Kərim Abbasovun ölkədən çıxışına məhkəmə qərarı ilə qadağa qoyulub. Abbasov, iştirak etdiyi bir proqramda bu barədə məlumat verib və baş verən hadisələrin təfərrüatlarını paylaşıb.

Müğənni bildirib ki, bir müddət əvvəl bir toy mərasimində baş vermiş davadan sonra, ölkədən çıxmaqda çətinliklərlə qarşılaşıb. O, qarşı tərəfin xəstəxanadan saxta sənədlər əldə etdiyini iddia edir. Kərim Abbasovun sözlərinə görə, bu hadisə səbəbindən iki xarici səfəri yarıda qalıb. Hətta hava limanında "stop" qoyulması xəbərini aldığını və bir başqa səfəri isə həmin hadisənin səhəri günü həyata keçirə bilmədiyini əlavə edib.

İstintaqın davam etdiyini bildirən müğənni, baş verən hücumun içkili insanların təhqiri və fiziki müdaxiləsi ilə əlaqədar olduğunu vurğulayıb. Kərim Abbasov, polisə güvəndiyini və məsələnin ciddi şəkildə araşdırılacağına inandığını qeyd edib.