Nüşabə Ələsgərlidən Həyat Yoldaşı ilə Bağlı Səmimi Etiraflar-VİDEO
Əməkdar artist Nüşabə Ələsgərli şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib. Müğənni həyat yoldaşı Məhəmmədrza Məhəmmədinin səbrli və sakit təbiətli biri olduğunu bildirib. Lakin onun əsəbiləşdiyi zaman vəziyyəti yumşaltmaq üçün susmağı seçdiyini vurğulayıb. İfaçı ailə münasibətlərində hörmətin və güzəştlərin vacibliyini də diqqətə çatdırıb.
