Zaur Baxşəliyev: "Reytinq xatirinə dəyərləri ayaq altına atmayaq!"
Aparıcı Zaur Baxşəliyev efirdə reytinq uğrunda milli-mənəvi dəyərlərin unutulmasını sərt şəkildə tənqid edib. O, bəzi verilişlərin məzmunsuz şoularla reytinq qazanmağa çalışmasını pisləyib və daha dəyərli məzmunun önə çəkilməli olduğunu vurğulayıb.
"Yeni dəb çıxıb: filan şey reytinq vermir. Amma dəyər heç vaxt reytinqlə ölçülməməlidir," - deyə aparıcı Zaur Baxşəliyev öz verilişində reytinq xatirinə edilən məzmunsuz şouları tənqid edib.
O, milli-mənəvi dəyərlərin bu cür münasibətdən zərər gördüyünü vurğulayaraq bildirib:
"Elə insan çağırarıq ki, şou yaradar, reytinq də 20-yə qalxar. Amma bu, bizim dəyərimizdir? Bu gün bəzi verilişlərdə kiminləsə mənasız müzakirələr açılır, qalmaqal yaradılır. Bu, heç vaxt televiziyanın işi olmamalıdır."
Zaur həmçinin əlavə edib ki, böyük tədbirlər keçirən, xaricdə ölkəmizi təmsil edən insanlar belə hallar ucbatından haqsız tənqidlərə məruz qalır. Onun fikrincə, dəyərli və məzmunlu verilişlər hazırlamaq televiziya qurumlarının əsas prioriteti olmalıdır:
"Əgər reytinq yoxdursa, məcburiyyət yoxdur. Həftədə bir dəfə yüksək səviyyəli veriliş hazırlamaq daha doğrudur. Biabırçı məzmunu sosial şəbəkələrdə yayımlasınlar, amma efir buna yer verməməlidir."
Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub, izləyicilər Zaur Baxşəliyevin sözlərini dəstəkləyiblər.