Nüşabə Musayeva ilə bağlı Ali Məhkəmənin Qərarı Açıqlanıb

Ali Məhkəmə müğənni Nüşabə Musayeva barəsində çıxarılan bəraət hökmü ilə bağlı kassasiya şikayətini təmin etməyib. Mübahisəli məhkəmə işi yekun qərarla bağlanıb.

Nüşabə Musayeva ilə bağlı Ali Məhkəmənin Qərarı Açıqlanıb
Nüşabə Musayeva
reklam

Ali Məhkəmədə müğənni Nüşabə Musayeva ilə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib və müğənniyə qarşı irəli sürülən iddialar rədd edilib.

Xatırladaq ki, Nüşabə Musayeva ATV kanalında yayımlanan "Bizimləsən" verilişində atasının anasına xəyanət edərək xalası Şahsənəm Canıyeva ilə evləndiyini iddia etmişdi. Şahsənəm Canıyeva isə bu iddiaların böhtan olduğunu bildirərək müğənni barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət vermiş və 30 min manat təzminat tələb etmişdi.

Bununla belə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Nüşabə Musayevaya bəraət verilmiş və təzminat tələbi rədd edilmişdi. Bu qərardan narazı qalan Şahsənəm Canıyeva kassasiya şikayəti versə də, Ali Məhkəmə əvvəlki hökmü qüvvədə saxlayıb.