Oksana Rəsulova polisə müraciət etdi - FOTO
Aktrisa və rəqqasə Oksana Rəsulova qayınanası və əri tərəfindən işgəncəyə məruz qaldığını deyən qadını dəstəkləyib. Oksana, qadının hekayəsindən çox təsirlənərək polisə müraciət edib və bu məsələyə ədalətli yanaşılacağına inandığını bildirib.

Aktrisa və rəqqasə Oksana Rəsulova, qayınanası və əri tərəfindən işgəncəyə məruz qaldığını bildirən qadını dəstəkləyib. Oksana, Instagram hesabında etdiyi paylaşımda, qadının yaşadığı çətinliklərə biganə qala bilmədiyini bildirib.
"Bir qadın, ana, vətəndaş, insan olaraq bu qadının səsini eşitdim. İnandım və onunla bir yerdə ağladım. O insanın ona və övladına zülm verdiyi anları təsəvvür etdim. Uşağın travması hələ də gözümün önündədir. İnanıram ki, polis bu işə ədalətli yanaşacaq," - Oksana yazıb.