Özcan Denizdən Səhhəti ilə Bağlı Açıqlama
Türkiyəli müğənni və aktyor Özcan Deniz infarkt keçirməsi ilə bağlı açıqlama verib. Özcan Deniz sosial şəbəkə hesabında səhhəti ilə bağlı paylaşım edərək, vəziyyətinin yaxşı olduğunu bildirib.

"Narahat olub zəng edən, halımı soruşan bütün dostlarıma və sevənlərimə təşəkkür edirəm. Çəkiliş meydançasında gözlənilməz bir narahatlıq yaşadım. Həkimimin müdaxiləsi və əziz həyat yoldaşımın qayğısı sayəsində hər şey geridə qaldı. Hazırda özümü çox yaxşı hiss edirəm," – deyə sənətçi qeyd edib.
Qeyd edək ki, Özcan Deniz "Kızıl Goncalar" serialının çəkiliş meydançasında huşunu itirib. Hadisənin səbəbi kimi onun anası ilə yaşadığı problemlər göstərilir.