Pərviz və Baləli Xəyyamın dəfnində niyə iştirak etmədilər?

Tanınmış meyxanaçı Xəyyam Əhmədli vəfat etdi və Kənd Əhmədli qəbiristanlığında dəfn olundu. Bir çox həmkarı mərhumla vidalaşmağa gəlsə də, Pərviz Bülbülə və Baləli Maştağalı orada gözə dəyməyib. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Məsələnin səbəbi isə onların Rusiyada olmasıdır.

Pərviz və Baləli Xəyyamın dəfnində niyə iştirak etmədilər?
Pərviz Bülbülə,Baləli Maştağalı
reklam

Tanınmış meyxanaçı Xəyyam Əhmədli uzun sürən xəstəlikdən sonra vəfat edib və ötən gün Kənd Əhmədli qəbiristanlığında dəfn olunub. Onun dəfn mərasimində bir çox həmkarı iştirak etsə də, Pərviz Bülbülə və Baləli Maştağalı orada görünməyib. Bu vəziyyət sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müxtəlif fikirlər səsləndirilib. Baləlinin yoxluğunun, Xəyyamın müalicəsi üçün lazım olan məbləğlə bağlı Orxan Lökbatanlı ilə yaşanan mübahisə ilə əlaqələndirildiyi bildirilib.
Ancaq əldə edilən məlumata görə, hər iki meyxanaçı mərhumun dəfninə iştirak edə bilməyib, çünki onlar həmin vaxt Rusiyada səfərdə idilər. Pərviz və Baləli ayrı-ayrı məclislərdə iştirak edirdi.
İndi isə hər iki sənətçi Bakıya qayıdıb və Baləli Xəyyamın məzarını ziyarət edib. Pərvizin də mərhum həmkarını ziyarət edəcəyi bildirilib. Xəyyamın müalicəsi üçün daha əvvəl pul toplanmışdı, lakin təəssüf ki, vaxtında çatmamışdı.