Uzun fasilədən sonra ilk dəfə görüntüləndi – FOTO

Türkiyənin məşhur klassik musiqi sənətçisi Gönül Yazar uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Nişantaşıda alış-veriş edərkən görüntülənən sənətçinin son vəziyyəti pərəstişkarlarını həm sevindirib, həm də kədərləndirib.

Uzun fasilədən sonra ilk dəfə görüntüləndi – FOTO
Gönül Yazar
reklam

Türkiyənin klassik musiqi sənətçilərindən biri olan Gönül Yazar uzun müddətdən sonra ilk dəfə görüntülənib.

Sənətçi Nişantaşıda bir mağazanın qarşısında geyim məhsullarına baxarkən jurnalistlərin obyektivinə tuş gəlib. Onun bu görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb.

Müğənninin son vəziyyəti pərəstişkarlarını duyğulandırıb. Bəzi izləyicilər Yazarın ayağa qalxmasına sevinərkən, digərləri onun sağlamlıq problemləri ilə mübarizəsinə görə kədərləndiklərini bildiriblər.

Xatırladaq ki, 89 yaşlı sənətçinin səhhətində bir müddət əvvəl ciddi problemlər yaranmışdı. Hətta onun vəfat etdiyi barədə şayiələr yayılmışdı. Lakin Gönül Yazar bu xəbərləri təkzib edərək səhhətinin getdikcə yaxşılaşdığını bildirmişdi.