Petek Dinçözün Ailəsində Ağır İtki -FOTO

Türkiyəli məşhur müğənni Pətək Dinçözün babası Ayhan Toğuş dünyasını dəyişib. Sənətçi sosial şəbəkədə babasına olan bağlılığını və kədərini ifadə edib.

Petek Dinçözün Ailəsində Ağır İtki -FOTO
Petek Dinçöz
reklam

Məşhur müğənni Pətək Dinçöz ağır itki ilə üzləşib. Onun babası Ayhan Toğuş böyrək xəstəliyi səbəbindən dünyasını dəyişib.

Sənətçi bu üzücü xəbəri sosial şəbəkə hesabında paylaşaraq, babasına olan sevgi və bağlılığını dilə gətirib. Dinçöz paylaşımında göz yaşlarını saxlaya bilməyərək bunları bildirib:

"Ayhan, atam, sənsiz çox çətindir. Zəng etmək üçün telefon nömrənə baxıram. Ürəyimi yandırdın. Səni çox sevirəm. Nəvən həmişə güclü olacaq, söz verirəm. Körpəlikdən mənə qayğı göstərdiyin üçün sənə bağlıyam. Məni bağışla. Bilirəm ki, bir gün yenidən görüşəcəyik."

Pətək Dinçözün bu paylaşımı pərəstişkarları və dostları tərəfindən böyük rəğbət və dəstək mesajları ilə qarşılanıb.