"Prens" serialının aktyoru ata olacaq – FOTO

Məşhur aktyor Kerem Özdoğan və həyat yoldaşı Cansu Özdoğan ilk övladlarını gözlədiklərini elan ediblər.

"Prens" serialının aktyoru  ata olacaq – FOTO
Kerem Özdoğan
reklam

"Prens" serialının tanınmış aktyoru Kerem Özdoğan ata olmağa hazırlaşır.

 2022-ci ildə ailə quran Kerem və Cansu Özdoğan cütlüyü xoş xəbəri sosial mediada paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb. Onlar birlikdə çəkilmiş fotolarını "Sürpriz ana və ata" qeydi ilə yayımlayıblar. Şəkillərdə Cansu Özdoğanın hamilə olduğu açıq şəkildə görünür.

Lakin cütlük hələlik körpənin cinsiyyəti barədə məlumat verməyib. Məşhur aktyor Giray Altınok isə dostlarını təbrik edərək, "Ay mənim sevimli cütlüyüm" şərhini yazıb.

Pərəstişkarları və dostları cütlüyü təbrik edərək onlara xoş arzularını bildiriblər.

reklam
reklam