"Pul üçün bəyənmədiyim layihədə yer almaram"

Məşhur aktrisa Bade İşçil yalnız özünə uyğun gördüyü layihələrdə iştirak etdiyini bildirib. Onun sözlərinə görə, yüksək qonorar təklif edilsə belə, bəyənmədiyi işlərdə yer almaq istəmir, çünki bunun karyerasına mənfi təsir göstərə biləcəyini düşünür.

"Pul üçün bəyənmədiyim layihədə yer almaram"
Bade İşçil
reklam

Türkiyəli aktrisa Bade İşçil iş prinsipləri ilə bağlı açıqlama verib. O, yalnız bəyəndiyi layihələrdə iştirak etdiyini və pul üçün seçimlərindən güzəştə getmədiyini bildirib. “Əlbəttə ki, hamımız pul qazanmaq üçün işləyirik, amma layihəni bəyənməliyəm. Hətta çox yüksək qonorar təklif olunsa belə, 3-5 seriyada bitəcək bir işdə yer almaq istəmərəm, çünki bu, karyerama zərər verə bilər” – deyə aktrisa vurğulayıb.