"Barbie" filminin davamı hazırlanır

Rejissor Qreta Qerviq, "Barbie" filminin böyük uğurundan sonra məşhur kuklanın dünyasına qayıdır. İkinci film üçün ideya hazırlanıb və "Warner Bros" studiyasına təqdim edilib. Uğurlu danışıqlar nəticəsində, ssenarinin yazılması və istehsalın başlanması gözlənilir.

"Barbie" filminin davamı hazırlanır
Barbie Filmi
reklam

Rejissor Qreta Qerviq, "Barbie" filminin böyük uğurunu nəzərə alaraq məşhur kuklanın rəngarəng dünyasına yenidən qayıtmağa hazırdır. Qerviq, ilk filmin həmmüəllifi Noa Baumbaxla birgə ikinci film üçün ideya hazırlayıb və bu ideya artıq "Warner Bros" studiyasına təqdim olunub.

Davamın üzərində işlər hələ erkən mərhələdə olsa da, yaradıcılar artıq bu prosesə başlayıblar. Uğurlu danışıqların nəticəsində, ssenarinin yazılmasına və istehsal qrafikinin razılaşdırılmasına başlanacaq. İlk filmin fenomenal uğuru, xüsusilə 2023-cü ilin ən çox gəlir gətirən filmi olması və Qreta Qerviqin bu qədər gəlirli film çəkən ilk qadın rejissor olması, davam filmdən gözləntiləri daha da artırıb.

Xatırladaq ki, orijinal "Barbie" filmi, məşhur kukla və onun sevgilisi Kenin macəralarından bəhs edirdi. Filmin süjetinə görə, "Barbie" ideal "Barbieland" dünyasından qovulmuş və yeni təyinatını tapmaq, özünü daha yaxşı anlamaq üçün real dünyaya yollanmışdı. Film, həmçinin öz yumoru, rəngarəng vizual tərzi və özünü təyinetmə haqqında dərin mesajı ilə dünya tamaşaçılarının qəlbini fəth etmişdi.