“Qadını xoşbəxt edən kişilərdir”

Xalq artisti Naibə Allahverdiyeva qadın xoşbəxtliyi haqqında fikirlərini bölüşüb. O, ailənin və övlad sahibi olmağın qadın üçün ən böyük xoşbəxtlik olduğunu bildirib. Aktrisa sevginin və analıq hissinin önəmini vurğulayaraq, qadının xoşbəxtliyində kişilərin rolunu xüsusi qeyd edib.

“Qadını xoşbəxt edən kişilərdir”
Naibə Allahverdiyeva
reklam

Xalq artisti Naibə Allahverdiyeva qadın xoşbəxtliyi haqqında fikirlərini bölüşüb. O, sevginin, analıq hissinin və ailənin qadın üçün ən böyük dəyər olduğunu vurğulayıb:

"Mən xoşbəxtəm, çünki övladım var. Qadın üçün bundan böyük xoşbəxtlik ola bilərmi? Sevgi və istək gənclik illərində daha güclü olur. Amma insan yaşlandıqca da sevgiyə ehtiyacı qalır. Sevgi hər bir ananın simasında görünən ən gözəl hissdir. Sevgi olan yerdə mərhəmət də olur, analıq hissi daha güclü hiss edilir."

Aktrisa qadınların xoşbəxtliyinin ailə ilə bağlı olduğunu bildirib:

"Bəzən qadınlar, elə mən də daxil olmaqla, deyirik ki, gözəl işimiz var və xoşbəxtik. Amma qadının ən böyük xoşbəxtliyi ailəsidir. Bunu anlamaq üçün müəyyən yaşa çatmaq lazımdır. Ailəsiz qadın, istər dünyanın ən varlı, ən şöhrətli qadını olsun, yenə də tacsız kraliça kimi görünür. Hər bir qadının ailəsi və övladları olmalıdır. Əslində, qadını xoşbəxt edən kişilərdir."