55 yaşlı rejissor xərçəngdən vəfat etdi
Türkiyəli rejissor Erhan Baytimur 55 yaşında dünyasını dəyişib. O, uzun müddət yumşaq toxuma xərçəngindən əziyyət çəkirdi. Baytimur “Aynalı Tahir”, “Aşkına Eşkıya”, “Yetim Gönüller” və digər məşhur serialların rejissoru olub.
