En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Xalq artisti Faiq Ağayev pandemiya dövründə yaşadığı çətinliklərdən danışıb. Qonaq olduğu "Danışır radio" verilişində sənətçi, o günlərdə maliyyə çatışmazlığı səbəbindən həyatında aldığı böyük qərarlardan birini bölüşüb:
“Pul mənim üçün rahatlıq və müstəqillik vasitəsidir. Mən heç kimdən asılı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pandemiya zamanı maliyyə baxımından çox çətinliklər yaşadım. Əlimin altında olan qarajımı satmağa qərar verdim. Satışdan əldə etdiyim pulla o müddətdə yanımda çalışan insanlara maaş verdim. Əsas məqsədim onların ailələrini dolandıra bilməsi üçün dayaq olmaq idi.”
Faiq Ağayev Türkiyədə musiqi sahəsindəki qazancın daha fərqli olduğunu da qeyd edib: “Türkiyədə müğənni bir mahnı oxuyub, böyük gəlirlər əldə edərək hotel ala bilir. Bizdə isə vəziyyət bir qədər fərqlidir. Buna baxmayaraq, hər zaman müstəqilliyimi qorumağa çalışıram. Pulum az olanda, bu, mənə ciddi təsir edir.”
Faiq Ağayev çətinliklər qarşısında verdiyi bu qərarın ona daha çox mənəvi güc qazandırdığını vurğulayıb.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox