"Geyimim heç vaxt müzakirə olunmayıb"
Xalq artisti Brilliant Dadaşova geyimi ilə bağlı heç vaxt tənqid olunmadığını bildirib. O, ailəsində geyim mövzusunun müzakirə edilmədiyini və insanların daxili dünyasının fərqli olduğunu vurğulayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Xalq artisti Brilliant Dadaşova geyimi ilə bağlı heç vaxt tənqidə məruz qalmadığını bildirib.
"Kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə, elə də geyinməkdə davam edirəm. Mənim öz zövqüm var", – deyə sənətçi "Zaurla Günaydın" verilişində çıxışı zamanı qeyd edib.
O, cəmiyyətdə tez-tez müzakirə olunan geyim mövzusuna da münasibət bildirib:
"Bizim evdə geyim heç vaxt müzakirə olunmayıb. Məsələn, heç kim mənə "Bu nə geyimdir?", "Bu niyə açıq-saçıqdır?" və ya "Bu niyə bağlıdır?" deməyib. Bizim ailədə müzakirə olunan mövzular fərqlidir – ikiüzlülük, yalan danışmaq, oğurluq etmək, ev yıxmaq və xəbərçilik etmək olmaz. Heç vaxt kiminsə geyiminə baxıb rişxənd etməmişik, çünki hər insanın öz daxili dünyası var", – deyə Brilliant Dadaşova fikirlərini bölüşüb.
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox