Qarlı havada yaşadığı qorxulu anları bölüşdü
Əməkdar artist Nüşabə Ələsgərli qarlı havada avtomobili ilə yaşadığı təhlükəli anlardan danışıb. Sənətçi, maşınının əyləcinin işləmədiyini və möcüzə sayəsində faciənin qarşısını aldığını bildirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Əməkdar artist Nüşabə Ələsgərli bir proqramda qarlı havada yaşadığı çətin və təhlükəli anları xatırlayıb.
Sənətçi bildirib ki, yeni aldığı avtomobili ilə Yasamal rayonunda bir həmkarının evinə qonaq gedib. Axşam saatlarında yola çıxanda yerin buz olduğunu görüb və ehtiyatlı olmağa çalışıb. Lakin "Tri korona" istiqamətində hərəkət edərkən avtomobilin əyləci işləməyib və maşın sürətlə üzüaşağı hərəkət edib.
"Qarşıda uşaqlar oynayırdı. Heç bilmədim nə edim. Avtomobil dayanmadı, sürətlə aşağıya doğru gedirdi. Necə qışqırdımsa, Allahın möcüzəsi baş verdi. Maşın qəfil fırlanıb üzüyuxarı dayandı. Heç belə möcüzə görməmişdim. Məni soyuq tər basdı. Şükürlər olsun ki, heç kimə dəymədim və faciənin qarşısı alındı," - deyə sənətçi hadisəni nəql edib.
admin Şub 13, 2025 0 479
admin Eki 31, 2024 0 202
AsimanFərzəliyeva Şub 9, 2025 0 186
AsimanFərzəliyeva Şub 7, 2025 0 181
admin Eki 31, 2024 0 163
AsimanFərzəliyeva Mar 22, 2025 0 45
AsimanFərzəliyeva Mar 22, 2025 0 44
AsimanFərzəliyeva Mar 22, 2025 0 47
AsimanFərzəliyeva Mar 22, 2025 0 45
Toplam Oy: 23
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox