Qışı və Qarı Yaydan Daha Çox Sevən Bürclər
Hər kəs yay fəslini səbirsizliklə gözləsə də, bəzi bürclər üçün qış mövsümü əvəzolunmazdır. Onlar soyuq havanı, qar yağışını və qışın gətirdiyi özünəməxsus abu-havanı daha çox sevirlər.

Bəzi insanlar üçün qış mövsümü sərt hava şəraiti və soyuq günlərlə assosiasiya olunsa da, elə bürclər var ki, bu fəsli böyük sevgi ilə qarşılayırlar. Onlar üçün qış təkcə qar və şaxta demək deyil, həm də özlərinə zaman ayırmaq, rahatlıq tapmaq və xüsusi anların dadını çıxarmaq üçün gözəl fürsətdir.
???? Xərçəng – Ev rahatlığını hər şeydən üstün tutan Xərçənglər üçün qış mövsümü ideal zamandır. Onlar uzun qış gecələrində ailəsi və dostları ilə vaxt keçirməyi, isti çay içərək sevdiyi filmləri izləməyi və evdə ləzzətli təamlar hazırlamağı çox sevirlər. Qar topu oynamaq və küçədə qış mənzərəsindən həzz almaq da onların sevimli məşğuliyyətləri arasındadır.
???? Əqrəb – Sirlər dünyasında yaşayan Əqrəblər üçün qış xüsusi mənaya malikdir. Onlar bu fəsildə öz dünyalarına çəkilib, keçmişin hesabatını aparmağı sevirlər. Bundan əlavə, Yeni il və Milad bayramları kimi tədbirlər Əqrəblərin gizli xoşbəxtlik mənbəyidir. Sevgilərini açıq ifadə etməsələr də, onlar üçün qışın romantik atmosferi əvəzolunmazdır.
???? Oğlaq – Oğlaqlar üçün qış fəsli həm məhsuldarlıq, həm də uğurun simvoludur. Onlar soyuq havada işləməyi, planlarını reallaşdırmağı və məqsədlərinə doğru irəliləməyi sevirlər. Oğlaqlar üçün qışın uzanması ideal variant olardı, çünki bu dövrdə onlar daha çox iş görüb uğurlarını artırırlar.
Bu üç bürc üçün qış sadəcə bir fəsil deyil, ruhlarını dincəldən və motivasiya verən bir zaman dilimidir. Bəs siz qışı sevirsinizmi?