Serenay Sarıkaya Azərbaycana "salam" göndərmək istəmədi

Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya Parisdə bir azərbaycanlı pərəstişkarı ilə qarşılaşıb. O, aktrisadan Azərbaycana salam göndərməsini istəyib, lakin Serenay bu istəyini yerinə yetirməkdən imtina edib.

Serenay Sarıkaya Azərbaycana "salam" göndərmək istəmədi
Serenay Sarıkaya
reklam

Türkiyəli aktrisa Serenay Sarıkaya Fransanın paytaxtı Parisdə bir azərbaycanlı pərəstişkarı ilə rastlaşıb. Həmyerlimiz Maho adlı gənc aktrisaya yaxınlaşaraq Azərbaycana salam göndərməsini istəyib.

Lakin Serenay Sarıkaya bu istəyini yerinə yetirməkdən imtina edib və "Bunu bu anda etmək istəmirəm" deyə cavab verib. Daha sonra isə əli ilə işarə edərək salam göndərib.