"Qızım mənə 2 il vaxt verdi"
Aktrisa Sonaxanım Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib, qızının ona ailə qurmaq üçün şərt qoyduğunu bildirib.
Aktrisa Sonaxanım Əliyeva "Xəbərin var?" verilişində qızının ona ailə qurmaq şərtini qoyduğunu açıqlayıb. Sənətçi bildirib ki, 5 yaşında olan qızı ilə ailəsi dağıldıqdan sonra, həyatını tamamilə qızına həsr edib. Lakin indi qızı ona ailə qurmağı məsləhət görür və "Bir gün mən də köçəcəyəm, sənin tək qalmağını düşünmək istəmirəm" deyir. Aktrisa əlavə edib ki, yeni münasibət qurmaq istəyən şəxs əvvəlcə ailə qurmağı bacarmaq və yükünü daşımaq qabiliyyətinə sahib olmalıdır, çünki o artıq özünü və ailəsini saxlaya bilir və heç kəsə ehtiyacı yoxdur.