Renka Oğlunun Vizası Üçün Yardım Axtarır: "Adam Qalmayıb Ki, Ağız Açmayım"
Məşhur rəqqasə Rəna Ağamuradova (Renka) oğlu Muradın təhsili ilə bağlı yaşadığı problemi açıqlayıb. Polşada universitetə qəbul olan Murad artıq iki ildir ki, səfirlikdən viza ala bilmədiyi üçün təhsilə onlayn davam edir. Renka bu vəziyyətdən narahat olduğunu bildirərək ictimaiyyətdən dəstək istəyib: "Adam qalmayıb ki, ağız açmayım. Əgər kimsə yolunu bilirsə, yardım etsin".
