Robbi Uilyams "Oskar"ın siyahısından çıxarıldı
Müğənni Robbi Uilyams, "Daha yaxşı olmaq: Robbi Uilyams hekayəsi" (2024) filmindəki "Qadağan olunmuş yol" mahnısının plagiat olduğu ortaya çıxdığı üçün "Oskar"ın qısa siyahısından çıxarılıb. Mahnının melodiyası 1973-cü ildəki "Son Amerika qəhrəmanı" filmindən götürülüb.

Müğənni Robbi Uilyams, "Daha yaxşı olmaq: Robbi Uilyams hekayəsi" (2024) filmindəki "Qadağan olunmuş yol" mahnısının plagiat olduğu üzə çıxdığı üçün "Oskar"ın qısa siyahısından çıxarılıb. Məsələnin səbəbi isə, həmin mahnının xüsusi olaraq bu film üçün yazılmaması və 1973-cü ildə yayımlanan "Son Amerika qəhrəmanı" filmindəki Cim Krosun ifa etdiyi "I got a name" mahnısının melodiyasını istifadə etməsidir. Nəticədə, bu mahnı mükafata layiq görülməyib.
Bundan əlavə, maraqlı bir məqam olaraq, "Qadağan olunmuş yol" hazırda "Ən yaxşı orijinal mahnı" kateqoriyasında "Qızıl Qlobus" mükafatına namizəddir.