Tanınmış aparıcı keçmiş həyat yoldaşı haqqında: "5000-lik alimenti ödəmir"

Türkiyəli aparıcı Ece Erken keçmiş həyat yoldaşı Serkan Uçarın övladına aliment ödəmədiyini açıqlayıb və bu səbəbdən onu məhkəməyə verəcəyini bildirib.

Tanınmış aparıcı keçmiş həyat yoldaşı haqqında: "5000-lik alimenti ödəmir"
Ece Erken Serkan Ucar
reklam

Türkiyəli tanınmış aparıcı Ece Erken, keçmiş həyat yoldaşı Serkan Uçarın övladına aliment ödəmədiyini açıqlayıb. Ece, alimentin 5000 lirə olduğunu və Serkanın bu məbləği ödəmədiyini bildirib. O, bu vəziyyətlə bağlı Serkanı məhkəməyə verəcəyini də söyləyib. Ece, müvafiq olaraq belə deyib: "Ona haqqımı halal etmirəm. Lüks məkanlarda gəzir, amma uşağımın alimentini ödəmir. Allah vicdan sahibi olmayan kişilərə və qadınlara uşaq verməsin. Amma nə edəsən ki, belə olur. Serkanın valideynləri də nəvələri ilə heç maraqlanmırlar."

Qeyd edək ki, Ece ilə Serkan Uçar 2014-2015-ci illərdə evli olub və onların bir övladı var.