Röya Ayxandan Elgiz Əkbərə Səmimi Sözlər: "Sən mənim enerji mənbəyimsən" - VİDEO
Xalq artisti Röya Ayxan sosial mediada dostu, tanınmış aparıcı Elgiz Əkbərlə bağlı səmimi sözlərini bölüşüb. Röya paylaşımında Elgizi "enerji mənbəyi" adlandıraraq ona olan dostluq və hörmətini vurğulayıb.
Xalq artisti Röya Ayxan sosial mediada paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. Tanınmış müğənni şəxsi Instagram hesabında, yaxın dostu və aparıcı Elgiz Əkbərin verilişdən olan kadrlarını paylaşaraq ona olan səmimi münasibətini ifadə edib.
Paylaşımda Röya, dostuna xitabən belə yazıb:
"Sən mənim enerji mənbəyimsən. Ölürəm... Bu nə baxışlardır?"
Qeyd edək ki, Röya Ayxan bir müddət əvvəl Elgiz Əkbərin verilişinə qonaq olmuş və dostunun səhnədəki xoş xatirələrini "Deyərsiniz, şip-şirin oğlan idi" sözləri ilə yad etmişdi.