Röya və Tünzalə ilə bağlı maraqlı açıqlama verdi
Xalq artisti Aygün Kazımova həmkarları Röya Ayxan və Tünzalə Ağayeva ilə bağlı gözlənilməz açıqlama verib. "Tarixin bir günü" verilişində aparıcı Vüsalə Əlizadənin sualına cavab verən Kazımova, Röya və Tünzaləni köməkçiləri olaraq seçəcəyini bildirib və onları güvəndiyi şəxslər kimi qiymətləndirib. Eyni zamanda, Kazımova, yanlış hərəkət edənlərin işdən çıxarılacağını da vurğulayıb.
