Roza Zərgərli toy qiymətini açıqladı

Məşhur müğənni Roza Zərgərli toy məclislərində çıxışı üçün tələb etdiyi məbləği açıqlayıb. O, pandemiyadan sonra qiymətlərin dəyişdiyini bildirib.

Roza Zərgərli toy qiymətini açıqladı
Roza Zərgərli
reklam

Müğənni Roza Zərgərli toy məclislərində çıxış etməsi üçün tələb etdiyi məbləği açıqlayıb.

Aparıcısı olduğu proqramda danışan sənətçi pandemiyadan əvvəl toy və tədbirlərə qatılmadığını, lakin sonradan bu qərarını dəyişdiyini deyib. Onun sözlərinə görə, əvvəllər yarım saatlıq çıxış üçün 5 min manat, bütün toy üçün isə 12 min manat tələb edirdi. Hazırda isə bu məbləğ 15 min manata yüksəlib.

“Bu qiymət elə də yüksək deyil. Elə müğənnilər var ki, sənət və status baxımından məndən aşağıdır, amma toy məclislərinə 8-10 min manata gedirlər. Hətta bəzi ifaçılar bütün toy boyu fonoqramla oxuyurlar, lakin onların toy qiyməti məndən qat-qat yüksəkdir,” - deyə Roza Zərgərli bildirib.