Rüfət Axundovdan Zaur Nəbioğluna etiraz
Müğənni Rüfət Axundov "Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlunun şəxsi suallarına sərt reaksiya verib. O, evinin qiymətini soruşan aparıcıya etirazını bildirərək, bu tip suallara qarşı çıxıb.
Müğənni Rüfət Axundov "Rəngarəng" verilişinin qonağı olub və verilişdə aparıcı Zaur Nəbioğlu ilə arasında maraqlı bir dialoq yaşanıb. Zaur Nəbioğlu, Axundovun evinin qiymətini soruşub, buna isə müğənni sərt cavab verib.
"Bir evim var. Dünyanın malı dünyada qalacaq. Bu qədər pul, evpərəst olma. Bəsdir camaatın evini, pulunu saydın. Hüquqşünassan ki, qarşımıza iddia qoyursan", – deyə Rüfət Axundov aparıcının sualına etirazını bildirib.
Verilişin digər qonağı, rəqqasə Fatimə isə müğənninin sözlərinə dəstək verərək, oxşar bir problemi yaşadığını dilə gətirib.