Sevgililər Günündə Bakıda Möhtəşəm Konsert Verdi – FOTO

Rusiyalı məşhur müğənni Alsu Sevgililər Günündə Bakıda unudulmaz konsert proqramı ilə çıxış edib. Canlı orkestrin müşayiəti ilə baş tutan gecədə ifaçı hit mahnılarını səsləndirərək izləyicilərinə romantik anlar yaşadıb.

Sevgililər Günündə Bakıda Möhtəşəm Konsert Verdi – FOTO
Alsu
reklam

14 fevral – Sevgililər Günündə məşhur rusiyalı müğənni Alsu Bakıda möhtəşəm solo konsertlə çıxış edib. Tədbir "Caspian Media Group"un təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutub.

Alsu gecəni öz repertuarının ən romantik mahnılarından biri olan "Свет в твоём окне" ilə açıb. Səhnəyə çıxan ifaçı sevincini bu sözlərlə ifadə edib:
"Axşamınız xeyir, əziz Bakı! Burada yenidən çıxış etmək mənim üçün böyük xoşbəxtlikdir."

Müğənni Azərbaycanda sonuncu konsertinin 2000-ci illərin əvvəlində baş tutduğunu xatırladıb:
"O vaxtdan uzun müddət keçib və sizinlə paylaşmaq istədiyim çox şey var. Ümid edirəm ki, bu axşam zalda sevən cütlüklər var və birlikdə oxuyacağıq."

Alsu gecə boyunca "Там, где рождается свет", "Лунная тропа", "Весна", "Вчера", "Зимний сон" kimi hitlərini, eləcə də ingilisdilli "Solo", "Always on my mind", "Before you love me" və digər məşhur mahnılarını ifa edib. Bundan əlavə, o, pərəstişkarlarını yeni "Я учусь не бояться" mahnısı ilə sevindirib.

Konsert boyu tamaşaçılar müğənniyə çiçəklər və hədiyyələr təqdim ediblər. Alsu Bakıya və azərbaycanlılara olan rəğbətini belə ifadə edib:
"Keçmiş həyat yoldaşıma bu gözəl şəhəri mənə tanıtdığı üçün minnətdaram. Həmişə deyirdi ki, burada insanlar xüsusi enerjiyə malikdir. Bu doğrudan da belədir – Bakıdakı qonaqpərvərlik unudulmazdır!"

Alsu canlı orkestrin müşayiəti ilə baş tutan çıxışları ilə Bakıda sevgi dolu və unudulmaz bir gecəyə imza atıb.

reklam
reklam