Rüfət Nasosnu oxuduğu mahnıya görə cərimələndi

Müğənni Rüfət Nasosnu, "İncə səhər" verilişində maraqlı açıqlamalar verərək, 2013-cü ildə səsləndirdiyi "Get" adlı mahnı ilə bağlı yaşadığı cərimə məsələsini açıqlayıb.

Rüfət Nasosnu oxuduğu mahnıya görə cərimələndi
Rüfət Nasosnu
reklam

Müğənni Rüfət Nasosnu "İncə səhər" verilişində diqqət çəkici açıqlamalar verib. O, 2013-cü ildə səsləndirdiyi "Get" adlı mahnının Ahmet Enesə aid olduğunu və bu mahnının sözlərini dəyişərək oxuduğunu etiraf edib. Lakin, Azərbaycanlı dinləyicilər, videonun şərh bölümündə Rüfəti müəllifin mahnısını oğurlamaqda ittiham ediblər. Bu səbəbdən türkiyəli sənətçinin komandası Rüfətə 3000 TL (1500 dollar) məbləğində cərimə ödəməsi barədə məktub göndərib.