Rusiyada dələduzluğun qurbanı oldu

Məşhur fransız aktyor Jerar Depardyenin adı Rusiyada fırıldaqçılar tərəfindən mikrokredit üçün istifadə edilib. Nəticədə sənətçi borclu vəziyyətə düşüb.

Rusiyada dələduzluğun qurbanı oldu
Jerar Depardye
reklam

Dünya şöhrətli fransız aktyor Jerar Depardye Rusiyada dələduzluğun qurbanı olub. Fırıldaqçılar onun adına mikrokredit götürərək borc yaradıblar.

76 yaşlı aktyor indi mikromaliyyə təşkilatına 5 min rubl (təxminən 100 manat) və hər gün artan faizləri ödəmək məcburiyyətindədir. Məlumata görə, bu borc ötən ilin fevral ayından hesablanır.

Bundan əlavə, Depardyenin Rusiya Kinematoqrafçılar İttifaqına yeddi il gecikmiş üzvlük haqqı borcu da olduğu bildirilir. Aktyor 2013-cü ildən Rusiya pasportuna sahib olduğundan, Voronej şəhərindən olan bir qrup dələduz onun şəxsi məlumatlarına əl ataraq kredit rəsmiləşdirib.