Rusiyalı bloqer həbs edildi-FOTO

Moskvanın Savelovski Rayon Məhkəməsi bloqer Yelena Blinovskayanı 5 il müddətinə azadlıqdan məhrum edib. O, külli miqdarda vergidən yayınmaqda və vəsaitlərin leqallaşdırılmasında təqsirli bilinib. Blinovskaya cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Rusiyalı bloqer  həbs edildi-FOTO
Yelena Blinovskaya
reklam

Moskvanın Savelovski Rayon Məhkəməsi rusiyalı bloqer Yelena Blinovskayanı 5 il müddətinə azadlıqdan məhrum edib. 43 yaşlı bloqer xüsusilə külli miqdarda vergidən yayınmaq və vəsaitlərin leqallaşdırılması ittihamları ilə məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Blinovskaya ümumilikdə 905 milyon rubl məbləğində vergidən yayınmaqda və həmin vəsaitin bir hissəsini qanuniləşdirməkdə ittiham olunurdu. O, 2023-cü ilin aprelindən ev dustaqlığında idi. Lakin 2024-cü ilin yanvarında məhkəmə tərəfindən qoyulan şərtləri pozduğuna görə həbs edilib.

İstintaq Komitəsinin məlumatına görə, Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovski də bu işdə onunla əlbir olub. Lakin o, xüsusi hərbi əməliyyatlarda iştirak etdiyindən ona qarşı istintaq müvəqqəti dayandırılıb.