"Ömür boyu məni döyüb"
Məşhur rəqqasə Fatimə Fətəliyeva qardaşı ilə olan gərgin münasibətindən danışıb. O, uşaqlıq illərində daim qardaşı tərəfindən zorakılığa məruz qaldığını və ailəsinin onu evdə saxlamaq istədiyini bildirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Rəqqasə Fatimə Fətəliyeva uşaqlıq illərində qardaşı ilə yaşadığı çətin münasibətlərdən danışıb. O, ailəsinin onun evdə oturub dərs oxumasını və yemək bişirməsini istədiyini, lakin bunun əksinə, çox aktiv uşaq olduğunu bildirib.
"Qardaşımla heç vaxt yola getməmişik. O, ömür boyu məni döyüb. Mən isə çox dəcəl idim. Qapını bağlayırdılar, pəncərədən qaçırdım, pəncərəni bağlayırdılar, qapıdan çıxırdım. Xəyal edirdim ki, o başqa şəhərdə yaşasın. Nəhayət, bu gerçəyə çevrildi, indi Amsterdamda yaşayır," – deyə rəqqasə bildirib.
Fatimə Fətəliyeva, uzun müddət görüşmədiklərini və son konsertlərindən birində qardaşı ilə qarşılaşdığını söyləyib: "Məni görən kimi dodaq boyama irad tutdu. Mən də dedim ki, artıq böyük xanımam, özümdən böyük qızım var. Ancaq o, ailəsində belə deyil, yalnız mənə qarşı bu cür münasibət göstərir".
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox