Rusiyanın xalq artistinə xərçəng diaqnozu qoyuldu - FOTO
Məşhur sovet aktrisası Qalina Polskixə böyrək xərçəngi diaqnozu qoyulub. 85 yaşlı aktrisa müayinələr zamanı bədxassəli şişin aşkarlandığını öyrənib.
Məşhur sovet aktrisası və Rusiyanın xalq artisti Qalina Polskixə böyrək xərçəngi diaqnozu qoyulub. 85 yaşlı aktrisa Botkin xəstəxanasına müraciət edərək səhhətinin pisləşməsi ilə bağlı həkimlərdən müayinə alıb. Müayinələr zamanı onun böyrəyində bədxassəli şiş aşkar olunub.
Qalina Aleksandrovna əvvəllər ağciyərlərində problem yaşamış və pnevmoniya nəticəsində inkişaf edə biləcək pnevmofibroz diaqnozu qoyulmuşdu. Hal-hazırda evdə olan aktrisa xəstəxanaya yerləşdirilməyib, lakin müalicə üçün həkimlər ona müalicə kursu keçməsini təklif ediblər.