Rəşad Dağlı əfv üçün müraciət edib?

Son günlər meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) haqqında yayılan əfv xəbərləri ilə bağlı yaxınları açıqlama verib. Onlar, Rəşad Dağlının əfv üçün müraciət etmədiyini bildirdilər.

Rəşad Dağlı əfv üçün müraciət edib?
Rəşad Dağlı
reklam

Son günlər meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) haqqında əfv ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin lent.az bu xəbərləri dəqiqləşdirmək üçün Rəşad Dağlının yaxınları ilə əlaqə saxlayıb.

Yaxınları bildirib ki, Rəşad Dağlı əfv üçün heç bir müraciət etməyib.

Xatırladaq ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində baş verib. 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

reklam
reklam