Səidə Dadaşova oğulluğu ilə efirə çıxdı
Müğənni Səidə Dadaşova həyat yoldaşı Məhəmmədin ilk evlilikdən olan oğlu Osmanı efirə çıxarıb. O, "Xəzər axşamı" verilişində ailəsi ilə bağlı səmimi açıqlamalar verib və Osmanla münasibətindən danışıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Müğənni Səidə Dadaşova həyat yoldaşı Məhəmmədin (Maqa) ilk evlilikdən olan oğlu Osman ilə birlikdə efirə çıxıb. Onlar "Xəzər axşamı" verilişinin qonağı olub.
Sənətçi həyat yoldaşının ilk ailəsi ilə münasibətinin yaxşı olduğunu və Osmanla hər zaman yaxın olduqlarını bildirib:
"Bu uşağın yaraşığı onun başının bəlasıdır. O elə Osman kimi də Osmandır. Osman mənim həyat yoldaşımın birinci xanımından olan övladıdır. O, mənimlə birlikdə çalışır və getdiyim məkanlarda hər zaman yanımda olur. Oğlum Rafaellə də münasibəti çox gözəldir, onlar bir-biri ilə nəfəs alırlar."
Verilişin gedişatında Osman da studiyaya gəlib və 49 saylı orta məktəbin səkkizinci sinfində təhsil aldığını bildirib.
Qeyd edək ki, Səidə Dadaşovanın həyat yoldaşı Məhəmmədin Ömər adlı daha bir oğlu var. Səidə və Məhəmməd cütlüyünün Rafael adlı birgə övladı da dünyaya gəlib.
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 12, 2025 0 2
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
AsimanFərzəliyeva Mar 12, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox