Sefo və Reynmen arasında "Bonita" mahnısı üzərindən mübahisə

Sefo, "Bonita" mahnısının gəlirlərinin ödəmədiyi üçün Reynmeni məhkəməyə verib. Reynmen isə bu iddiaları rədd edərək hər ay ödəniş etdiyini və sənədlərlə sübut edə biləcəyini bildirib.

Sefo və Reynmen arasında "Bonita" mahnısı üzərindən mübahisə
SEFO və Reynmen
reklam

Türkiyəli məşhur reper Sefo (Seyfullah Sağır), həmkarı Reynmeni (Yusuf Aktaş) "Bonita" mahnısının gəlirlərini ödəmədiyi üçün məhkəməyə verib. Sefo, mahnının sözlərini yazdığını və klip xərclərini öz cibindən qarşıladığını, lakin 2,5 ildir gəlirdən heç bir ödəniş almadığını bildirib.

Reynmen isə iddiaları rədd edərək Sefoya hər ay ödəniş etdiyini və bunu sənədlərlə sübut edə biləcəyini söyləyib. O, "Bonita" mahnısının dostluq münasibətləri əsasında hazırlandığını və bu məsələnin böyüdülməsinin başqa niyyətli olduğunu vurğulayıb.

Mübahisə tərəflərin sosial mediada qarşılıqlı ittihamları ilə davam edir və məsələ məhkəmədə həll olunacaq.