''Uşağını atıb qaçanları qınamamalıyıq"
Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində ailə münasibətlərindən və övladların valideynlərinə olan münasibətindən danışıb. Küçələrdə qalan ataya sahib çıxmayan övladın hərəkətlərini tənqid edən aparıcı, bu kimi hallar fonunda uşaqlarını atıb gedən valideynlərə haqq qazandırdığını bildirib. O, valideynlərə sağlamlıqlarını qorumağı və həyatlarını yalnız uşaqlarına həsr etməmələrini tövsiyə edib. Zaurun cəsarətli fikirləri izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində ailə dəyərləri və valideyn-övlad münasibətləri mövzusunda maraqlı fikirlər səsləndirib. Küçədə qalan atasını qəbul etməkdən imtina edən övladla bağlı hadisəyə münasibət bildirən Zaur, valideynlərin sağlamlıqlarını qoruyaraq həyatlarını yalnız uşaqlarına həsr etməmələrinin vacibliyini vurğulayıb: "İnsan ayaqda olanda hamıya lazım olur. Amma bir gün yerə yıxılanda heç kimə lazım olmur. Övladlar da bu vəziyyətdə valideynlərini narahatlıq kimi qəbul edə bilir. Çox təəssüf ki, bəzi övladlar 'Mən kirayədə qalıram, onu necə saxlayım?' kimi bəhanələr gətirir. Bəs onda valideynlər uşaqlarını atıb gedəndə niyə qınayırıq? Onları qınamaq doğru deyil." Aparıcının bu açıqlaması izləyiciləri düşündürərək ailə münasibətləri haqqında geniş müzakirələrə səbəb olub.