Cəsarətli pozaları ilə diqqət çəkdi – FOTOLAR
Alban əsilli məşhur müğənni Dua Lipa transparan libası ilə izləyicilərini heyran edib. Müğənni bu gözqamaşdıran fotolarını "Instagram" hesabında paylaşıb. Kristal və süni almazlarla bəzədilmiş açıq-saçıq geyimi ilə poza verən sənətçi, ürək formasında olan dekorun üzərində əzalarını nümayiş etdirib.

O, görünüşünü iri sırğalar və düz saçları ilə tamamlayıb, makiyajında isə qara göz laynerindən istifadə edilib.
Qeyd edək ki, dekabrın 27-də Kallum Törnerin bir illik münasibətdən sonra Dua Lipaya evlilik təklif etdiyi məlum olub. Cütlüyün dostlarının bildirdiyinə görə, məşhurlar sakit şəkildə nişanlanıb və Yeni il gecəsini sevdikləri ilə qeyd etməyi planlaşdırırlar.