Sinan Akçıl və Burcu Kıratlı yenidən birlikdə-FOTO

Türkiyəli məşhur müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı iki dəfə boşandıqdan sonra yenidən barışıb. İllərdir dalğalı münasibət yaşayan cütlük üçüncü dəfə birlikdə olmağa qərar verib.

Sinan Akçıl və Burcu Kıratlı yenidən birlikdə-FOTO
Sinan Akçıl və Burcu Kıratlı
reklam

Türkiyənin tanınmış simalarından olan müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı yenidən sevgili olub. İki dəfə nikah masasına oturub boşanan cütlük bir-birlərinə yenidən şans verib.

Məlumata görə, cütlük bir müddətdir ki, münasibətlərinə yeni bir səhifə açıb və birlikdə vaxt keçirməyə başlayıb.

Xatırladaq ki, Sinan Akçıl və Burcu Kıratlı ilk dəfə 2018-ci ildə evlənib. Lakin bir il sonra yollarını ayıran cütlük 2021-ci ildə yenidən ailə qurmuşdu. İkinci evlilikləri də uzun sürməmiş və 2022-ci ildə boşanmışdılar. İndi isə onlar münasibətlərinə üçüncü dəfə şans veriblər.