İlyas Yalçıntaşa məhkəmə cəzası verildi

Müğənni İlyas Yalçıntaş əcnəbi qadını mesajlaşma tətbiqi vasitəsilə təhqir etdiyinə görə məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə sənətçi 3750 lirə cərimələnib və hökmün elanının təxirə salınmasına qərar verilib.

İlyas Yalçıntaşa məhkəmə cəzası verildi
İlyas Yalçıntaş
reklam

Müğənni İlyas Yalçıntaşın 2024-cü ilin yanvarında İran vətəndaşı Mahsa H.-yə mesajlaşma proqramı vasitəsilə təhqiramiz mesajlar göndərdiyi iddiası ilə İstanbulda mühakimə olunduğu iş üzrə məhkəmə yekunlaşıb.

İddiaçının vəkili Əli Kamal Atçeken məhkəmədə açıqlama verərək bildirib ki, Yalçıntaş tanınmış şəxs olduğu üçün cəmiyyətə nümunə olmalıdır:

"Bu hadisə sadəcə təhqir deyil, həm də cəmiyyətdə qadına qarşı zorakılığın hansı həddə çatdığını göstərir. Ona görə də onun cəzalandırılmasını tələb edirik."

Müğənninin vəkili Talha Duman isə müvəkkilinin ciddi təxribat altında qaldığını və mənəvi böhran yaşadığını bildirərək onun bəraət almasını tələb edib.

Məhkəmə yekun qərarını elan edərək İlyas Yalçıntaşı "səsli, yazılı və ya görüntülü mesajla təhqir etmə" cinayətinə görə 3750 lirə məhkəmə cəriməsinə məhkum edib və hökmün elanının təxirə salınmasına qərar verib.

reklam
reklam